(R) Zövqünlə hədiyyə qazan!
30 noyabr 2012 15:00 (UTC +04:00)

(R) Zövqünlə hədiyyə qazan!

Arielin təqdim etdiyi dəb müsabiqəsi hər bir xanıma zövqünü nümayiş etdirmək və bununla hədiyyə qazanmaq üçün şərait yaradıb. Qüsursuz Zövqlü Qadınlar yarışması model olmayan hər bir qıza podiuma çıxmaq imkanı verir.

Belə ki, hər bazar günü 15 xanım Park Bulvarda yerləşən podiuma çıxaraq münsiflər qarşısında geyim tərzini və zövqünü nümayiş edir. Münsiflər heyəti - modelyer Fəxriyyə Xələfova, stilist Anar Ağakişiyev və aparıcı Zaur Baxşəliyev isə iştirakçıların geyim tərzini müzakirə edib, onların zövqünü 5 ballıq sistemlə qiymətləndirir.

Müsabiqənin artıq geridə qalan iki həftəsinin qalibləri Anastasiya Bern və Ayşən Cabbarova həftənin ən zövqlü xanımı olaraq paltaryuyan maşın qazanıblar. Yarışmanın digər iştirakçılarına isə Ariel yuyucu tozu hədiyyə edilir.

Arielin Qüsursuz Zövqlü Qadınlar layihəsi davam edir. Dəbli və zövqlü olduğuna əmin olan hər bir xanım http://www.facebook.com/qadinlarklubu/app_208195102528120 vasitəsilə qeydiyyatdan keçib müsabiqəyə qatıla bilər. Tələsin, bu həftə son şansınız olacaq!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1505

Oxşar yazılar