Bakıda antisanitariya şəraitində dönər hazırlanır - FOTO
30 noyabr 2012 14:01 (UTC +04:00)

Bakıda antisanitariya şəraitində dönər hazırlanır - FOTO

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu, D.Əliyeva küçəsi 225 ünvanında fəaliyyət göstərən fiziki şəxs Halil Karibə məxsus müəssisədə aparılan araşdırma zamanı müəyyən olunub ki, dönər-kababın istehsalı və satışına edilən dönər-kababın istehsalında istifadə olunan çiy dönər müəssisənin özü tərəfindən, zirzəmi şəraitində hazırlanır.

İstehsal olunan çiy dönərin uyğunluq və gigiyenik sertifikatları yoxdur, müvafiq qaydada təsdiq edilən, bu məhsulun orqonoleptik, fiziki-kimyəvi göstəriciləri, qida və enerji dəyəri barədə məlumatları özündə əks etdirən reseptura və texnoloji təlimat olmadan istehsal olunur.

Həmçinin çiy dönərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur, məhsul zirzəmidə sanitar norma və qaydaların tələblərinə cavab verməyən şəraitdə hazırlanır, hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən texnoloji təlimat olmadan həyata keçirilir.

Çalışan personal zəruri vasitələrlə (uniforma, əlcəklər, papaqlar) təmin olunmayıb. Hazırlanan dönər-kababın təhlükəslik göstəricilərinə nəzarət edilmir və yoxlanılmır.

Faktla əlaqədar olaraq inzibati protokol tərtib edilib, müəssisə cərimə edilib və aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisədə çiy dönər və dönər-kabab istehsalı və satışı qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2796

Oxşar yazılar