Azərbaycanlı jurnalistlərin mafiya oyunu
Azərbaycanda ilk dəfə olaraq, jurnalistlərin işdən kənar əyləncəsini və birgə ictimai fəaliyyətini təşkil edən “Mətbuat qeyri-rəsmi” Qrupu (MQR) ölkədə media nümayəndələri arasında intellektual Mafiya Oyunu təşkil edir. Lent.az-ın məlumatına görə, oyun dekabrın 1-də Bakıdakı Mafiya Klubların birində baş tutacaq. Oyun təxminən 3-4 saat davam edəcək və mətbuat nümayəndələri üçün işdən sonra maraqlı axşam təşkil olunacaq. Təxminən 30-a qədər jurnalistin qatıldığı oyuna müxtəlif media orqanlarından nümayəndələr iştirak edəcək. Bura Xəzər TV, Lider TV, İctimai TV, ANS, AzTV, Cənub TV, Səs TV, MuzTV-nin, APA, Lent.az, Trend, Azadinform agentliklərinin, o cümlədən qafqazinfo.az, modern.az xəbər saytlarının, bundan başqa “Gündəlik teleqraf”, “Baku Post” və digər qəzetlərin əməkdaşları daxildir. Bundan başqa, müstəqil yazarlar və jurnalistlər də iştirak edirlər.
Qeyd edək ki, jurnalistlərdən Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkonun təsisçiliyi ilə yaradılan “Mətbuat qeyri-rəsmi” Qrupunun əsası bu ilin yay aylarında sosial şəbəkələrdə media nümayəndələrinin istirahətinin təşkili məqsədilə təşəbbüs formasında qoyulub (http://www.facebook.com/groups/metbuat.q.r/). Sonralar bu təşəbbüsün jurnalistlərin arasında geniş rezonans yaratması nəticəsində Qrup fəaliyyətini adına uyğun qeyri-rəsmi formada bir qədər genişləndirib: mütəmadi olaraq Azərbaycanın, eləcə də xarici ölkələrin maraqlı bölgələri ilə Azərbaycan jurnalistlərinin tanışlığı məqsədini qarşıya qoyub. Bura eyni zamanda jurnalistlərin işdən sonra peşə fəaliyyətində təcrübə mübadiləsi, dünya ölkələri jurnalistləri ilə sıx peşə əməkdaşlığı, təcrübə mübadiləsi, eyni zamanda jurnalistlərin kollektiv istirahəti də daxildir. Qrupun Təşkilat Komitəsi mövcuddur və bura təsisçi jurnalistlər Yelena Sidorenko, Mübariz Aslanov və Murad Əliyev daxildir. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 200-dən çox üzvü var. Qrup indiyə kimi Azərbaycanın bir sıra turistik bölgələrinə jurnalistlərin səyahətini təşkil etməklə yanaşı xarici ölkə mətbuatı ilə dostluq təmasının qurulmasına start verib.

Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26