AMEA Geologiya İnstitutunda kafedra yaradılıb
28 noyabr 2012 18:14 (UTC +04:00)

AMEA Geologiya İnstitutunda kafedra yaradılıb

Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun birgə müqaviləsi əsasında “Neft-qazın geologiyası” adlı baza kafedrası yaradılıb. AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Geologiya İnstitutunda fəaliyyət göstərəcək kafedrada geologiya mühəndisliyi ixtisasının tədris planına uyğun bakalavriat və magistratura səviyyəsində elmi-tədqiqat işləri aparılacaq.

Dərslər Geologiya İnstitutunun alimləri tərəfindən keçiriləcək. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirib ki, baza kafedrası gənc mütəxəssislərin yetişdirilməsi və neft-qaz geologiyası elminin inkişafı məqsədi ilə təşkil olunub. Burada ADNA-nın doktorantları da təhsil ala biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015

Oxşar yazılar