Mətbuat Şurasında Həsən bəy Zərdabinin 170 illiyi ilə bağlı tədbir keçirilib
28 noyabr 2012 16:21 (UTC +04:00)

Mətbuat Şurasında Həsən bəy Zərdabinin 170 illiyi ilə bağlı tədbir keçirilib

APA-nın məlumatına görə, tədbiri açıq elan edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan tarixində bir çox yeniliklərə imza atıb: “O, 1872-ci ildə ilk xeyriyyə cəmiyyəti olan “Cəmiyyəti-Xeyriyyə”ni yaradıb, 1875-ci ildə ilk milli mətbu orqanı - “Əkinçi” qəzetini nəşr etdirib, 1873-cü ildə ilk dəfə “Hacı Qara” əsərinin tamaşaya qoyulmasında və 1906-cı ildə Azərbaycan müəllimlərinin ilk qurultayının təşkil olunmasında mühüm rol oynayıb”.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Zərdabinin həyat və yaradıcılığına toxunaraq, onu xeyirxah bir ziyalı kimi xarakterizə edib: “Dövlətçilik maraqlarından çıxış edərək, Həsən bəy Zərdabi kimi xalqını sevən və yaşayan ziyalı insanları unutmamalıyıq”.

Tədbirdə həmçinin “Dəbistan” jurnalının 1908-ci ildə nəşr olunan 9-cu sayının transliterasiya olunan variantı (Vüqar Tofiqlinin redaktorluğu ilə çap edilib) təqdim olunub.

Sonda Həsən bəy Zərdabinin həyat və yaradıcılığının tədqiq olunmasında mühüm rol oynayan alim və ziyalılara diplomlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar