IV qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqları müzakirə edilib
28 noyabr 2012 14:33 (UTC +04:00)

IV qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqları müzakirə edilib

TQDK-nın nəzdində fəaliyyət göstərən kimya fənni üzrə elmi-metodiki seminarın növbəti iclası olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a verilən məlumata görə, orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirak etdikləri tədbirdə 2012-ci ildə keçirilmiş ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb.

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müəllimlər də internet vasitəsilə onlayn rejimdə müzakirələrdə iştirak ediblər. İclasda qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasındakı xidmətlərinə görə ekspert-müəllimlərə Komissiyanın təsis etdiyi fəxri fərman və mükafatlar təqdim edilib.

Növbəti seminarda test tapşırıqlarının elmi-metodiki təhlili davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar