Ölkənin fəal qadınları bir araya gəldi -
Lent.az-ın məlumatına görə, Qadın İştirakçılığı Proqramı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində keçirilən toplantıda ölkənin tanınmış qadın komitə sədrləri, millət vəkilləri, QHT sədləri, media rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüsyenova, İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, həmin komitənin üzvü Qənirə Paşayeva və digərləri çıxış edərək Azərbaycanda Qadın Liderliyi, qadınları narahat edən problemlərdən söhbət açıb. Onlar liderlik mövzusunda təcrübə və nailiyyətlərini bölüşüblər.
Qadın İştirakçılığı Proqramı, həmçinin vətəndaş cəmiyyəti, idarəçilik, jurnalistika və qanunvericilik səviyyəsində qadın məsələləri sahəsində pozitiv dəyişikliyə nail olan qadınlar dəstəkləmək və stimullaşdırmaq məqsədi ilə Qadın Liderliyi üzrə Mükafatlar təsis edilib. Lent.az-ın məlumatına görə, mükafatlar 4 kateqoriya üzrə verilib.
Qadınlar İdarəçilikdə nominasiyası üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Qadınlar Mediada mükafatı nominasiyası üzrə jurnalist Arzu Sultan, Qadınlar Vətəndaş Cəmiyyətində nominasiyası üzrə Arzu Qədirova,
Qadınların Səlahiyyətlənməsini dəstəkləyən Kişilər nominasiyası üzrə Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev təltif edilib.
Qeyd edək ki, Qadın İştirakçılığı Proqramı ABŞ beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir. Qadınlar üçün mühüm olan məsələlər üzrə maarifləndirmə aparmaqla, qərar qəbuletmə prosesində qadınlar nüfuzunu artırmaqla, qadın məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti təşkilatlarının və dövlət orqanlarının bacarıqlarını genişləndirməklə proqramı Azərbaycanda qadınların statusunu yaxşılaşdırmağa yönəlib.
Jalə Məmmədli

Oxşar yazılar

Pul tezliklə çay kimi axacaq: Şanslı BÜRCLƏR kimlərdir?
8 iyul 2025 , 00:02
Gənc şair Həsən Kür vəfat etdi
7 iyul 2025 , 23:53
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradıldı
7 iyul 2025 , 18:41
Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC
7 iyul 2025 , 18:35
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13