Hicran Hüseynova: “Qadınlar artıq dərk edir”
27 noyabr 2012 14:22 (UTC +04:00)

Hicran Hüseynova: “Qadınlar artıq dərk edir”

Lent.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qadınlar artıq öz problemlərini söyləməkdən çəkinmirlər: “Bu il ərzində nə qədər müraciət olunduğunu dəqiq rəqəm kimi deyə bilməsəm də, bu rəqəm böyükdür. Bizim komitəmizə müraciət edənlərin sayı artır. Tək ona görə yox ki, problemlər artır, ona görə ki, maarifləndirmə güclənib. Qadınlar artıq dərk edirlər ki, problemlər var və onlar həmin problemlər üçün dövlət qurumuna müraciət edə bilərlər. Bu, çox yaxşı haldır. Biz indi məişət zorakılığından danışanda, deyirlər ki, bəs niyə əvvəllər belə müraciətlər yox idi. Ona görə ki, inam yox idi. İndi dövlət tərəfindən belə bir güclü siyasət təşkil olundu. Qadın artıq inamla dövlət qurumuna müraciət edir. Bilir ki, onun problemi ilə bağlı kimsə məşğul olacaq. Bizim əsas məqsədimiz odur ki, tək Dövlət Komitəsi yox, aidiyyatlı dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyətləri bu məsələdə bizə köməklik göstərsinlər. Hazırda yerlərdə olan müəssisələrimizin fəaliyyəti yaxşı nəticələr verib. Profilaktik işlər daha yaxşı nəticələr verir, nəinki biz gözləyək ki, nə vaxtsa bir xəstəlik olacaq və biz onu müalicə etməyə başlayacağıq. Ona görə də bu işlər bütövlükdə müsbət nəticələr verəcək”.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1193

Oxşar yazılar