Bakıda Qadın Liderliyi Konfransı keçirilir
Bakıda ilk dəfə olaraq, Qadın Liderliyi Konfransı keçirilir. Lent.az-ın məlumatına görə, beynəlxalq təşkilatlar və yerli QHT-ləri təmsil edən şəxslərdən ibarət 100-ə yaxın nümayəndənin iştirak etdiyi ilk Qadın Liderliyi Konfransı Qadın İştirakçılığı Proqramı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində təşkil olunub. Konfrans vətəndaş cəmiyyəti təşkilatlarını, hökumət rəsmiləri və millət vəkillərini bir araya yığaraq, qadın liderliyi və qadınların qərar qəbuletmə prosesində iştirakını gücləndirmək kimi məsələləri önə çəkmək sahəsində, vətəndaş cəmiyyəti nümayəndələrinin qanunvericilik sahəsində rolunu daha effektiv etmək istiqamətində yardımçı olmaq üçün müzakirələr aparmaq məqsədi ilə təşkil edilib.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda güclü gender siyasəti aparılıb: “Bu gün cəmiyyətimiz çox sağlamdır. Çünki insanlar dərk edirlər ki, problemlər var. Onun həll olunması üçün çalışırlar. Azərbaycanda hazırda güclü qadın siyasəti var. Biz də çalışırıq ki, qeyri-hökumət təşkilatlarını cəlb edək. Bu zaman biz həm qadın liderliyini önə çıxarmış, həm də fəal qadınları bu işə cəlb etmiş oluruq”.
Çıxış edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Maykl Qrin bildirib ki, bu tədbir hökumətlə vətəndaş cəmiyyəti arasında dialoqun inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
Jalə

892