Nazir: “Bu, çox pis haldır”
Bu gün Bakıda İKT-nin təhsildə tətbiqinə həsr olunan “XXI əsrdə Yeni Təhsilə Yanaşma” mövzusunda konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfrans “Edumedia-Azərbaycan” və “Promethean” təşkilatları tərəfindən Təhsil Nazirliyinin dəstəyilə təşkil edilib. Konfrans çərçivəsində XXI əsr təhsili və əsas hədəflər, elektron təhsil məzmunu, qiymətləndirmə növləri, şagirdyönümlü təhsil, interaktiv sinif texnologiyaları, təhsildə texnologiyaların istifadəsi üzrə dünya təcrübəsi və uğurlu layihələr mövzularında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov “Azərbaycanda təhsil strategiyası: XXI əsr təhsilinə keçid” mövzusunda çıxış edib. O bildirib ki, bu gün təhsildə İKT-nin tətbiqi ilə bağlı mühüm işlər görülür. Nazirin sözlərinə görə, bu istiqamətdə mövcud olan problemlərdən biri müəllimlərin yeniliklərə tez bir zamanda uyğunlaşmasıdır: “Hazırda cəmiyyətdə öyrənənlər öyrədənlərdən daha sürətlə dəyişir və məlumatlı olurlar. Bəzən öyrədənlər öyrənənlərin sualları qarşısında aciz qalırlar. Ona görə də bu sahədə hələ çox öyrənmək lazımdır. Bu günlərdə Təhsil Nazirliyində keçirilən tədbirdə də məlum oldu ki, məktəblərə verilən İKT avadanlıqları başqa tərəflər üzrə istifadə edilir. Bunlar çox pis haldır və qarşısı tez bir zamanda alınmalıdır. Yeniliklərin tətbiq olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi və bunu təhsildə tətbiq etmək mütləqdir”.
Tədbirin davamında çıxış edən qonaqlar müxtəlif mövzularda çıxış edib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Anar

1468