Misir Mərdanov İKT ilə bağlı plandan danışdı
27 noyabr 2012 11:23 (UTC +04:00)

Misir Mərdanov İKT ilə bağlı plandan danışdı

“Bu gün təhsil müəssisələrindən ən ciddi məsələlərdən biri müəllimlərin İKT bacarığının artırılmasıdır”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazir qeyd edib ki, son illərdə 80 minə yaxın orta məktəb müəllimi İKT-dən istifadə bacarıqlarına yiyələniblər. M. Mərdanov vurğulayıb ki, bu rəqəm də bütün müəllimlərin yarısından çoxu deməkdir: “Təbii ki, bununla iş bitmir. Əgər müəllimlər əvvəllər müsabiqələrə kitab-dəftərlə gəlirdilərsə, indi onlar kompüter və digər İKT avadanlıqları ilə gəlirlər. Bu gün də İKT-nin kütləvi şəkildə istifadə olunduğu yerlər məhz təhsil müəssisələridir. Ona görə də bu müəssisələrdə İKT-nin tətbiqini genişləndirməliyik. Gələcək illərdə də internet xidməti göstərən məktəblərin sayının artırılmasına, internet şəbəkəsinin genişləndirilməsinə, tezliyin artırılmasına xidmət edən addımların atılması planlaşdırılıb”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar