Məhkəmə AXCP fəalı barəsində vəsatəti təmin etməyib
Məhkəmə xuliqanlıqda təqsirləndirilən AXCP fəalı Dəyanət Babayevin barəsində həbs-qətimkan tədbiri seçməkdən imtina edib.
Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin direktoru Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi D.Babayevin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Qeyd edək ki, D.Babayev Bakı şəhər sakini Tofiq Səlimovun şikayəti əsasında saxlanılıb. Həmin şəxs şikayətində D.Babayev tərəfindən fiziki zorakılığa məruz qaldığını deyib. D.Babayev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

806