“Aşura günü” qan verənlərin sayı və tədarük edilən qanın miqdarı açıqlandı
26 noyabr 2012 13:35 (UTC +04:00)

“Aşura günü” qan verənlərin sayı və tədarük edilən qanın miqdarı açıqlandı

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü “Aşura günü”-ndə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aksiyalar Bakı şəhərində “Mir-Mövsüm ağa”, “Təzə pir”, ”Bibi-Heybət”, “Içəri şəhər Cümə”, “Qaraçuxur”, “Hacı Soltan-Əli”, Keşlə qəsəbə məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt şəhər Cümə, Mingəçevir şəhər Heydər, Şəki şəhər, Gəncə şəhər İmamzadə, Bərdə şəhər Cümə, Lənkəran şəhər Böyükbazar məscidlərində, və Mərkəzi Qan Bankının Şirvan və Quba bölmələrində keçirilib.

Təşkil olunmuş qanvermə aksiyalarda 4007 nəfər könüllü olaraq qan vermişdir ki, nəticədə 1602.8 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Ötən illərlə müqayisədə bu il qanvermədə daha çox könüllü iştirak edib. 2011-ci ildə 3409 nəfər qan verib və 1363.6 litr qan tədarük olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar