Vergi orqanlarında işləmək istəyənlərə sual xəbəri
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə 2012-ci il dekabrın 2-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vergilər Nazirliyi tərəfindən 1964 sualdan ibarət test toplusu çap olunaraq namizədlərin istifadəsinə verilib.
İmtahanda namizədlərə müvafiq sahə bilikləri üzrə (hüquq və ixtisas) təqdim olunacaq 80 sual məhz həmin sual bankından seçiləcək. Suallar Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edir.

2038