Zərdabinin 170 illik yubileyi ilə bağlı tədbir keçirildi - FOTO
23 noyabr 2012 18:20 (UTC +04:00)

Zərdabinin 170 illik yubileyi ilə bağlı tədbir keçirildi - FOTO

Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzet rəhbərləri, media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, bu il Azərbaycan mədəniyyəti üçün zəngin il hesab olunur: “Çünki ölkə başçısı silsilə olaraq, Azərbaycan mədəniyyətində, incəsənətində xidmətləri olan şəxslərin yubileylərinin keçirilməsi üçün sərəncamlar verib. Bu sərəncamlar görkəmli şəxsiyyətlərimizi tanımağa bir daha imkan yaradır. Böyük mütəfəkkir Həsən bəy Zərdabi iki önəmli hadisə ilə xalqın fikrini formalaşmasına güclü təsir edib. Onlardan biri 1873-cü ildə teatrın yaradılmasında yaxından iştirakı, ikincisi isə 1875-ci i “Əkinçi” qəzetinin əsasını qoymasıdır. Azərbaycan xalqı özünün mənəvi inkişafı üçün iki istiqaməti daim əsas tutacaq”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ayna( “Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxlı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, professor Şirməmməd Hüseynov və digərləri çıxış edərək Zərdabinin gördüyü xeyriyyəçilik tədbirlərindən danışıb. Onun Azərbaycan xalqının milli şüurunun formalaşmasında gördüyü misilsiz xidmətlərindən söhbət açıblar.

Tədbirdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş video çarx da nümayiş olunub.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753

Oxşar yazılar