Çiskinli hava davam edəcək
24 noyabr 2012 00:10 (UTC +04:00)

Çiskinli hava davam edəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 23-dən 24-nə keçən gecə yarımadanın bəzi yerlərində hava şəraitinin çiskinli olacağı ehtimalı var. Noyabrın 24-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar