TQDK-nın elektron xidmətlərindən ildə 200 mindən çox insan yararlanır
23 noyabr 2012 11:58 (UTC +04:00)

TQDK-nın elektron xidmətlərindən ildə 200 mindən çox insan yararlanır

“TQDK 1999-cu ildən əhaliyə elektron xidmətlər göstərməyə başlayıb. Hər il TQDK-nın göstərdiyi elektron xidmətlərdən 200 mindən çox insan yararlanır”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 1995-ci ildən TQDK-da “Mənim məktəbim” portalı yaradılıb. Həmin portalda 4500 məktəbin qəbul imtahanlarında əldə etdiyi göstəricilər əks olunub: “Bu ildən həmin portala şagirdlərin buraxılış imtahanlarında göstərdiyi nəticələr də daxil olub”.

Komissiyada “Tələbə-məzun elektron bazası”nın yaradıldığını deyən M. Abbaszadə vurğulayıb ki, bu bazaya 1992-2012-ci illərdə qəbul imtahanlarında iştirak edən şəxslər haqqında məlumatlar daxil olub. Bazaya ölkədə fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri, bir sıra dövlət qurumları qoşulublar.

“İndiyədək ali məktəblər tərəfindən bazaya 83 mindən çox insan haqqında məlumat daxil olub” - deyə, TQDK sədri əlavə edib.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar