TQDK sədri: “İmtahanlarda 2 milyondan çox insan iştirak edib”
23 noyabr 2012 11:20 (UTC +04:00)

TQDK sədri: “İmtahanlarda 2 milyondan çox insan iştirak edib”

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaranmasının 20 illiyi münasibətilə “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası: 20 il: inkişaf mərhələləri” adlı beynəlxalq konfransda komissiyanın sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədri qeyd edib ki, TQDK-nın keçirdiyi imtahanlarda hər bir ailənin ən azı bir üzvü iştirak edib. “Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olub” - deyə, M. Abbaszadə bildirib.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar