Səlim Müslümov: “Erməni aspirant dedi ki, biz işimizi bilirik…”
Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20 illiyi ilə əlaqədar keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, DSMF sədri Səlim Müslümov deyib ki, ötən 20 il həm uğurlar, həm də çətinliklərlə müşayiət olunub. Səlim Müslümovun sözlərinə görə, DSMF-in gördüyü işlərin cəmiyyətə çatdırılmasında media böyük rol oynayıb. O bildirib ki, hazırda elektron KİV-lərin rolu daha da artıb: “Biz hansısa məlumatı əldə etmək üçün artıq kitablara, başqa vəsaitlərə baxmırıq, internetdə axtarırıq. DSMF-də də elektron xidmətlər tətbiq olunur, insanları maraqlandıran suallara onlayn cavab verilir”.
Səlim Müslümov informasiyanın əhəmiyyəti ilə bağlı maraqlı bir məqama toxunub: “Mən Moskva Dövlət Universitetində əyani aspirantura təhsili alırdım. Bir dəfə dünyada baş verən proseslər, xüsusən hərbi sahədə kimlərin irəlidə olması barədə danışılırdı. Bir erməni aspirant vardı, dedi ki, biz işimizi bilirik, informasiya atomdan da güclü silahdır. Biz onu o vaxt başa düşmürdük, sonra başa düşdük. Ermənilərin xaricdə güclü lobbisi olduğu üçün bunu bilirdilər. Təəssüf ki, biz o vaxt informasiyanın əhəmiyyətini bilmirdik”.
Səlim Müslümov deyib ki, bu gün Azərbaycanda elektron hökumət quruculuğu həyata keçirilir, dövlət qurumlarında informasiyaya və xidmətlərə çıxış təmin edilir. Onun sözlərinə görə, DSMF də bu sahədə ciddi işlər görülür. DSMF sədri bildirib ki, rəhbərlik etdiyi qurum media ilə əlaqələrə xüsusi diqqət yetirir. O, DSMF-in 20 illiyi ilə əlaqədar müsabiqənin nəticələrinin gec açıqlanmasına da aydınlıq gətirib: “Çünki dövlət büdcə zərfinin müzakirəsi aralıq dövrə düşdü. Biz bu dövrdə müsabiqəyə təqdim edilən yazıları bir daha nəzərdən keçirdik. Müsabiqəyə 30-dan çox yazı təqdim olunub. Məqalələrin hamısını yaradılmış komissiya üzvləri, o cümlədən mən oxudum”.
Daha sonra müsabiqə ilə bağlı yaradılmış Komissiyanın sədri Elman Mehdiyev müsabiqənin nəticələrini açıqlayıb.
Müsabiqənin qalibləri arasında Lent.az -ın müxbiri də var.

1708