Elmar Qasımov: “Bu işi TQDK uğurla icra edir”
22 noyabr 2012 16:18 (UTC +04:00)

Elmar Qasımov: “Bu işi TQDK uğurla icra edir”

“Bəşəriyyət yaranandan bu günə kimi cəmiyyətdə ən çətin, məsuliyyətli işlərdən biri qiymətləndirmə və seçmə üsulunun aparılmasıdır. Bu gün biliyin qiymətləndirilməsi kimi məsuliyyətli işi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası uğurla icra edir”.

Lent.az-ın məlumatına görə, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov TQDK-nın 20 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, komissiya qiymətləndirmə və seçmə üsulunu həyata keçirirkən ədalət və şəffaflıq prinsipini əsas tutur. E.Qasımovun sözlərinə görə, TQDK bu gün cəmiyyətdə şəffaf, saf və obyektiv seçmə və qiymətləndirməni həll edir: “Komissiya bu illər ərzində təkcə seçməni deyil, biliyin qiymətləndirilməsini də icra edir. TQDK yarandığı gündən böyük yol keçib. Hər il 25 minə yaxın şəxs tələbə adı qazanır, yüzlərlə insan dövlət orqanlarında müvafiq işlərlə təmin olunur. Bütün bunların hər biri i TQDK-nın dövlətçiliyə xidməti deməkdir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, gələcəkdə qurumun adı ilə bağlı müxtəlif təkliflər edilə bilər”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1304

Oxşar yazılar