Dağlarda şaxta olacaq
22 noyabr 2012 00:10 (UTC +04:00)

Dağlarda şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 22-də bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar