Milli Qəhrəman Gültəkin Əsgərova anılıb
Bu gün Bakıdakı 200 saylı orta ümumtəhsil məktəbində bu təhsil ocağına adı verilmiş şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anım tədbiri keçirilib. Milli Qəhrəmanın doğum günü münasibəti ilə keçirilən anım tədbirində ziyalılar, şəhid ailələrinin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak edib.
Anım tədbirində çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti başlayandan xalqın qeyrətli oğulları ilə yanaşı Vətən qızlarının da silaha sarıldığını, qardaşları ilə çiyin-çiyinə mübarizə apardıqlarını, bir neçəsinin Milli Qəhrəman və şəhidlik mərtəbəsinə yüksəldiklərini deyib. Xanım millət vəkili Gültəkin Əsgərovanın bu mənada örnək ömür qoyub getdiyini, şagirdlərin, qızların Gültəkin Əsgərova kimi Azərbaycan xanımlarının ömür yolunu öyrənməsini tövsiyə edib.
Şəhid Milli Qəhrəmanın anası Rəfiqə Əsgərova qızının adını, xatirəsini əziz tutan Azərbaycan dövlətinə, xalqına şükranlığını ifadə edərək, onun həyat yolu haqqında danışıb.
Sonra məktəbin şagirdləri Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Oxşar yazılar

Ölkədə internet PROBLEMİ - Kimlərin çıxış imkanı var?
21 avqust 2025 , 15:26
Baş prokuror MDB Baş Prokurorlarının İcraçı katibini qəbul etdi
21 avqust 2025 , 15:02
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
21 avqust 2025 , 14:47
Milli Qəhrəman Hökümənin ailəsi Kəlbəcərə köçdü
21 avqust 2025 , 14:17
Biabırçı əməliyyat videosu yayılan xəstəxanadan cavab: İŞLƏYƏCƏYİK -VİDEO
21 avqust 2025 , 13:05
Leysan yağacaq - Sabahın HAVASI
21 avqust 2025 , 12:42
Bakıda yeni bağça açıldı - Qeydiyyat qaydası
21 avqust 2025 , 12:36