İsveçdə Urmiya gölünün qurudulması müzakirə olunub
İsveçin İnsan Haqları Forumu Urmiya gölünün qurumasına həsr olunmuş toplantı keçirib. Toplantı iştirakçılar faciə ilə tanış olub.
Lent.az-ın məlumatına əsasən, tədbirə İran üzrə demokratiya və insan haqları Cəmiyyətinin dəvəti ilə foruma gəlmiş Duman Savalan (Səccad Radmehr) tədbirdə Urmiya gölü haqda çıxış edib.
Mənbənin bildirdiyinə görə, Aral gölünün durumuna işarə edən çıxışçı, Urmiya gölünün vəziyyətinin daha təhlükəli olduğunu bildirib.
«Duz kütləsinin böyüklüyü, onun tufanlarının yaranması sadəcə, gölün ətrafında yaşayan 13 milyon Azərbaycan türkünün yaşayışına problem yaratmayacaq, o, həm də qonşu ölkələri də öz mənfi təsiri altına alacaq» - deyən, Duman Savalan Urmiya gölünün qurudulmasına etiraz olaraq, Güney Azərbaycanın Urmiya və Təbriz şəhərlərində baş verən etiraz aksiyalarından danışıb.
Duman Savalan bu aksiyaların Orta Doğuda ekoloji fəlakət yaradacağına da diqqəti çəkib. O, qeyd edib ki, bölgədə baş verənlərə əsasən, bu sayaq etiraz aksiyaları fəlakətin əhali üçün önəminin göstəricisidir.
Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı Tehran hakimiyyətinin gördüyü işlərə aid suala cavabında, Duman Savalan deyib ki, bu fəlakət «İran rejiminin bacarıqsızlığı və qeyri - peşəkar işlərinin nəticəsidir».
«İki il ardıcıl olaraq, davam edən etirazlara İran rejiminin etinasız qalması əhalidə hakimiyyətə şübhəli münasibətin artmasına səbəb olub. Ona görə də əhali Urmiya gölünün qurumasının İran rejimi tərəfindən planlı olaraq, həyata keçirildiyini düşünür.
Onlar artıq əmindir ki, bu yolla hakimiyyət Azərbaycan türklərinin öz dədə-baba torpaqlarından köçməsini həyata keçirmək niyyətindədir.
Beynəlxalq ictimaiyyət Tehran hakimiyyətini məcbur etməlidir ki, Urmiya gölünə axan çaylar üzərində qurulmuş su anbarlarındakı suyun ən azı 30 faizini gölə buraxılmasını təmin etsin.
Bundan başqa mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün BMT-nin nəzarəti altında mütəxəssislərdən ibarət komitə yaradılsın»- deyə, o, bildirib.
Tədbirdə Urmiya gölü haqda broşürlar paylanıb, fotolar nümayiş olunub. Bununla yanaşı toplantıda Güney azərbaycanlı siyasi dustaqların şəkilləri də göstərilib.
Mənbənin məlumatında bildirilib ki, İsveçin İnsan Haqları Forumu Avropanın bu sahə üzrə ən böyük qurumlarındandır. Forum hər il İsveçin şəhərlərindən birində toplantı keçirir. Bu ilki tədbir İsveçin Gothenburq şəhərində gerçəkləşdirilib. Toplantıya yüzə yaxın qurumun təmsilçisi qatılıb.
Beynəlxalq ictimaiyyət Urmiya gölünün qurumasına diqqət ayırdığı bir halda Tehran hakimiyyəti bu fəlakət öz etinasızlığını göstərməkdədir.
Ötən gün İran İslam parlamenti növbəti dəfə su hövzələri və göllərinin xilas edilməsi üçün nəzərdə tutulan iki təcili layihəni təsdiqləməyib. 93 deputat sənədin lehinə, 76 əleyhinə səs verib, 27 nəfər isə tərəfsiz qalıb.
Layihə Urmiyadan olan deputat Nadir Qazipurun təşəbbüsü ilə müzakirəyə çıxarılıb. Qazipur parlamentdə bildirib: «Belə çıxır ki, biz göllərlə bağlı faciələrin baş verməsini gözləyirik və bu vəziyyət yarandıqdan sonra bir iş görəcəyik?!»
O, islam məclisində irəli sürdüyü layihəni müdafiə etsə də, parlament buna məhəl qoymayıb.
Qeyd edək ki, parlament Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı uyğun qanunu qəbul etməkdən dəfələrlə imtina edib.

1529