Şeyx Türkiyəyə getdi
19 noyabr 2012 15:38 (UTC +04:00)

Şeyx Türkiyəyə getdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında nümayəndə heyəti noyabrın 18-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşüb. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, səfər Avrasiya İslam Şurası Təşkilatının dəvəti əsasında həyata keçirilir. Təşkilatın 19-22 noyabr 2012-ci il tarixində baş tutacaq VIII Baş İclasının mövzusu “Ənənədən gələcəyə doğru: Avrasiyanın İslam üfüqləri”dir. Avrasiya coğrafi məkanında tarixi qardaşlıq telləri ilə bağlı olan ölkələr və cəmiyyətlərin dini qurumları, onların dini lider və təmsilçilərini bir araya gətirəcək toplantıda gündəmdə olan aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq, ümumi fəaliyyət istiqamətləri müəyyən ediləcək.
Toplantıda iştirak etmək məqsədilə QMİ sədri A. Paşazadənin başçılığı ilə Şimali Qafqaz müftiləri – Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri İstanbula yola düşüblər. Şeyxülislam Paşazadə İstanbulun mötəbər Dolmabağça sarayında keçiriləcək toplantının bir bölümünə sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar