Moskvada azərbaycanlıların çalışdığı hansı bazarlar bağlanacaq? - SİYAHI
“Moskvada yerləşən bazarların çox hissəsi 2013-cü il iyunun 1-dək ləğv ediləcək. Gələn il Rusiya paytaxtında cəmi 48 bazar fəaliyyət göstərəcək ki, onlar da tədricən bağlanacaq”.
Lent.az-ın məlumatına görə, bu barədə bir neçə gün əvvəl Moskva meri Sergey Sobyanin jurnalistlərə açıqlamasında bildirmişdi. Moskva meri artıq gələn il yanvarın 1-dən prosesə start veriləcəyini də bəyan edib. Bazarların bir çoxunun yerində parklar salınacaq, avtomobil dayanacaqları tikiləcək. Paytaxt meri onu da deyib ki, bu tədbirlər Moskvada tıxacların qarşısını almağa kömək edəcək.
Heç kimə sirr deyil ki, Moskvadakı bazarlarda çalışanların böyük əksəriyyəti azərbaycanlıdır. Yayılan bu xəbər indidən Moskvada yaşayan və bazarlarda gündəlik çörək pullarını çıxaran həmyerlilərimizi qorxuya salıb. Söhbət ondan gedir ki, bir müddət əvvəl Moskvada azərbaycanlıların çalışdığı iki ən böyük bazarın – “Çerkizovo” və “Lujniki”nin qapadılması nəticəsində minlərlə həmyerlimiz işsiz qalmışdı. Düzdür, onların bir çoxu Rusiyanın əyalətlərinə və elə Moskvanın başqa bazarlarına köç edə bildi. Xüsusən, “Lujniki” bağlanandan sonra həmyerlilərimiz Quba yəhudilərinin nəzarətində olduğu “Sadovod”a axışdılar.
Amma indi vəziyyət tamam dramatikdir. Çünki Sobyanin birdən-birə onlarla bazarı bağlamaq qərarına gəlib. O, gələn il paytaxtda cəmi 48, sonrakı illərdə isə daha az bazarın qalacağını deyir.
Lent.az Moskvadakı mənbələrdən gələn il bağlanacağı qətiləşən bazarların siyahısını əldə edib. Məlumata görə, Moskvanın şimalındakı “Petrovskaya-Razumovski”, “Medvedkovo”, “Mnevniki”, “Timiryazevski”, “Sxodnenski”, “Leninqradski”, “Lianozovski”, “Koptevski”, “Şukinski”, “Tuşinski”, “Oktyabrskoe pole”, paytaxtın qismən mərkəzi dairəsində yerləşən “Butırski”, “Rijski”, “Lefortovski”, cənubda yerləşən və əsasən göyərti topdansatışı kimi tanınan “Tekstlişiki”, habelə “Kuzminka”, “Vıxino”, “Domodedovo”, “Tyopliy stan”, “Emeral” və sairə bazarlar bağlanacaqların arasındadır.
“Ən maraqlı məqam isə Moskvanın iki ən böyük meyvə-tərəvəz topdansatışı ilə məşğul olan “Pokrovski” və “Xlebnikovo” bazarının qara siyahıya düşməsidir. Çünki burda azərbaycanlılardan ibarət böyük bir kontingent çalışır”, deyə mənbə bildirib.
Səbuhi Məmmədli

5679