İnformasiya və rabitə müəssisələrində işləyənlərin əmək haqqı 620 manata çatıb
19 noyabr 2012 12:54 (UTC +04:00)

İnformasiya və rabitə müəssisələrində işləyənlərin əmək haqqı 620 manata çatıb

Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentyabr aylarında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə məlumat yayıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində işləyən 67,8 min muzdlu işçinin 74,8 faizi dövlət müəssisələrində, 25,2 faizi özəl bölmədə çalışıb.

İşçilərin 55,0 faizi yerüstü və boru kəməri, 14,7 faizi su, 7,9 faizi hava nəqliyyatı, 22,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib. 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 13,5 faiz artaraq 494,8 manat olub. Bu göstərici hava nəqliyyatında 982,6 manat, dəniz nəqliyyatında 689,8 manat, avtomobil nəqliyyatında 473,8 manat, dəmir yolu nəqliyyatında isə 222,2 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 22,7 faiz, dəmir yolu nəqliyyatında 14,1 faiz, hava nəqliyyatında 7,4 faiz, avtomobil nəqliyyatında isə 5,7 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,7 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1 faiz artaraq 619,1 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083

Oxşar yazılar