Sürücülərin nəzərinə: Bakının bu küçə və prospektlərinə girməyin - CƏDVƏL
19 noyabr 2012 10:52 (UTC +04:00)

Sürücülərin nəzərinə: Bakının bu küçə və prospektlərinə girməyin - CƏDVƏL

Bakıda nəqliyyatın sıx olduğu və daimi tıxac yaranan küçə və prospektləri açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sutkanın 24 saatı ərzində paytaxtın bütün mərkəzi küçə və prospektləri kameralar vasitəsi ilə izlənilir. Nəqliyyatın normal hərəkətinin təmin olunması üçün NİİM tərəfindən lazımı tədbirlər görülür. Lakin günün müxtəlif vaxtlarında Bakının bəzi küçə və prospektlərində tıxaclardan qaçmaq mümkün olmur. Şəhərdə ən çox tıxaclar isə axşam saatlarında, sakinlərin işdən çıxıb evə getdiyi vaxtlarda qeydə alınır. NİİM Bakıda tıxacların ən çox qeydə alındığı yerləri, küçə və prospektləri təqdim edir.

Daimi tıxac və sıxlıq qeydə alınan küçə və prospektlər:





Küçə/prospekt

Sıxlıq qeydə alınana vaxt

İstiqamət

Moskva pr.

səhər saatları

CƏNUB (şəhər)

Moskva pr.

axşam saatları

ŞİMAL
(Bakı-Sumqayıt şos.)

Tbilisi pr.

Axşam və səhər saatları

Nəqliyyat Nazirliyinin qarşısı

3 mkr. dairəsi

axşam saatları

 

Abbasqulu Ağa Bakıxanov küç.

gün ərzində

 

Rəşid Behbudov küç.

gün ərzində

Bakixanov küç. kəsişmə

Ak.Həsən Əliyev küç.

pik saatlarda

Səməd Vurğun küç. kəsişmə

Əziz Əliyev küç.

pik saatlarda

 

Üzeyir Hacıbəyov küç.

pik saatlarda

 

Şah İsmail Xətai pr.

gün ərzində

Şərq və Yaşıl bazarın qarşısı

Neftçilər pr.

axşam saatları

Azneft meydanı

Niyazi küç.

axşam saatları

 

Babək pr.

axşam saatları

Oktay Vəliyev küç.
kəsişmə

Yusif Səfərov küç.

axşam saatları

 

Nobel pr.

axşam saatları

Ramiz Quliyev küç.
kəsişmə

Sakit Qocayev küç.

gün ərzində

Bakixanov t/m
(Razin)

Qara Qarayev pr.

gün ərzində

8 km. Bazarının qarşısı
Laçın t/m qarşısı

Abdulvahab Salamzadə küç.

axşam saatları

Ziya Bunyadov küç.
kəsişmə

Ağa Neymətulla küç.

pik saatlarda

 



Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6786

Oxşar yazılar