Bakı küçələrində yağış sularının yaratdığı selin səbəbi bəlli oldu
18 noyabr 2012 19:54 (UTC +04:00)

Bakı küçələrində yağış sularının yaratdığı selin səbəbi bəlli oldu

“Bakının küçələrində suların yığılıb qalmasının əsas səbəbi yağış suyunun axması üçün xüsusi drenaj sisteminin olmamasıdır. Şəhərin küçə və prospektlərinin əksəriyyətində kanalizasiya sisteminin olması da vəziyyəti dəyişmir”.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hazırda Bakının küçələrinin 11 faizindən çoxunda kanalizasiyalardan başqa xüsusi trap sistemi var: “ Bu sistemi küçə və prospektlərdə qurşadırmaq üçün “Azərsu” geniş işlər həyata keçirir. Bu, cari ilin doqquz ayının nəticələrindən də bəllidir. Bu müddət ərzində Həsən Əliyev, Şərifzadə, Təbriz küçələrində, Neftçilər və Mətbuat prospektlərində trap sistemi quraşdırılıb. Ümumiyyətlə, sistemin quraşdırıldığı prospektlərin sayı 60-dan çoxdur”.

“Azərsu”dan deyiblər ki, mütəxəssislər hansı küçələrdə yağış sularının yığıldığını və problemli zona yaratdığını müəyyənləşdirmək üçün yağış zamanı xüsusi monitorinq aparıblar: “Məlum olub ki, ən problemli sahələr – “Memar Əcəmi” metrostansiyası, Nəsimi və Binəqədi rayonlarıdır. Hazırda “Azərsu” ASC həmin küçələrdə monitorinqləri davam etdirir və orada sistemlər yenidən quraşdırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8321

Oxşar yazılar