
Misir Mərdanovdan sərt ittihamlar
Təhsil naziri Misir Mərdanov orta məktəblərdə dövlət vəsaiti hesabına alınan kompüterlərin təyinatı üzrə istifadə edilməməsini kəskin tənqid edib. APA-nın xəbərinə görə, bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında M.Mərdanov bildirib ki, bəzi rayonlarda dövlətin vəsaiti hesabına alınan kompüterlər icra başçılarının katibəsinin, yaxud da məktəb direktorlarının katibəsinin evindədir: “Bəzi məktəblərdə müəllim və şagirdlərin istifadəsi üçün nəzərdə tutulan kompüterlər inzibati işçilərə paylanılıb. Mən hesab edirəm ki, bu problem tezliklə həll olunmalı, ya da həmin adamlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Dövlətin puluna alınan vəsaiti belə israf etmək cinayətdir. Həmin adamlara 1 ay vaxt verilir. Əgər bu müddət ərzində aşkarlanan nöqsanları düzəltməsələr, həmin şəxslər haqqında cinayət işinin qaldırılması üçün müraciət edəcəyəm. Dövlət başçısı “elektron imza” haqqında fərman imzalayır, biz isə heç elektron sənəd dövriyyəsinə belə keçə bilmirik”.
M.Mərdanov deyib ki, yaxın illərdə Azərbaycanda qüvvədə olan ənənəvi dərsliklərdən imtina oluna bilər: “Məktəblərə indiki İPAD-lardan bir qədər böyük cihaz veriləcək. Həmin cihaz vasitəsilə müəllim bütün sinfi idarə edə biləcək. İstənilən vaxt bu cihaz vasitəsilə uşaqlar arasında interaktiv əlaqə də yaratmaq mümkün olacaq”.
M.Mərdanov deyib ki, yaxın illərdə Azərbaycanda qüvvədə olan ənənəvi dərsliklərdən imtina oluna bilər: “Məktəblərə indiki İPAD-lardan bir qədər böyük cihaz veriləcək. Həmin cihaz vasitəsilə müəllim bütün sinfi idarə edə biləcək. İstənilən vaxt bu cihaz vasitəsilə uşaqlar arasında interaktiv əlaqə də yaratmaq mümkün olacaq”.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
24 aprel 2025 , 08:24
Üç BÜRC tezliklə düşmənlərinin tələsinə düşəcək – XƏBƏRDARLIQ
24 aprel 2025 , 00:02
Qubada bu körpüdə hərəkət qadağan olundu - YENİLƏNİB
23 aprel 2025 , 19:50
Doğum tarixiniz ailənizə nəyi öyrətməli olduğunuzu açıqlayır
23 aprel 2025 , 18:52
Borc götürüb qaytarmayan yeganə BÜRC: ona borc verməyin
23 aprel 2025 , 18:38
Avtobus zolağına girən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
23 aprel 2025 , 17:53
Sabah bu ərazilərdə qaz olmayacaq
23 aprel 2025 , 17:23