Hava yağmursuz olacaq
17 noyabr 2012 00:10 (UTC +04:00)

Hava yağmursuz olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 17-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi gözlənir. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar