AZAL işçiləri millət vəkillərinə şikayətləniblər
15 noyabr 2012 14:20 (UTC +04:00)

AZAL işçiləri millət vəkillərinə şikayətləniblər

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Zahid Oruc Azərbaycanda ilin 110 gününün bayram və istirahət günləri olduğunu, Azərbaycanın bu sahədə yalnız İrandan geri qaldığını söyləyib. Zahid Oruc iqtisadi inkişafa nail olmağa çalışan bir ölkədə bu qədər istirahət günü olmasını məqbul saymayıb. O, qadınlara doğuşa görə verilən birdəfəlik müavinətin gülünc səviyyədə olduğunu bildirib: “Qarabağın paytaxtı hazırda əhalinin təmərküzləşməsinə görə Bərdədədir, Bərdədə isə bankomat çatışmazlığı çox ciddi problemə çevrilib. Yaxşı olardı ki, DSMF bu məsələyə ciddi diqqət yetirsin”.


YAP icra katibinin müavini Mübariz Qurbanlı isə Zahid Orucun istirahət günləri ilə bağlı fikirləri ilə razılaşmayıb: “Əsas odur ki, istehsal düzgün qurulsun. Elə ölkələr var ki, istirahət günlərinin sayı bizdən də çoxdur, amma istehsal prosesi düzgün qurulduğu üçün heç bir problem yaranmır. Ancaq uşaq pulları ilə bağlı iradı ilə razıyam. Bu pullar ya verilsin, ya da verilməsin”.


Millət vəkili Qənirə Paşayeva əmək fəaliyyətini yarımçıq qoyub Qarabağ müharibəsində iştirak edənlərin üzləşdiyi problemdən çıxıb: “O insanların 5 illik əmək fəaliyyəti olmayıb. Ən azı onların əlillik müavinətləri əmək pensiyalarının məbləğinə uyğunlaşdırılsın”.
O, əmək haqlarının real səviyyəsinin gizlədilməsinin gələcəkdə problemlərə yol açacağını söyləyib: “Bu məsələyə nəzarət edən qurumlar nə işlə məşğuldur? Hansısa böyük şirkətin buna görə ağır cəza aldığını niyə mətbuat səhifələrinlə görmürük?”

Qənirə Paşayeva millət vəkili seçildiyi Tovuz rayonunda da bankomat problemi yaşandığını qeyd edib: “Səyyar bankomatlar məsələsinin reallaşması lazımdır. DSMF-in insanlara hesablarına vəsait köçən zaman mobil telefonla mesaj göndəriləcəyi bildirilirdi. Niyə bu, reallaşmır?”

Millət vəkili Əli Mənsimli əməyin ödənilməsinin 15 faiz olduğu üçün pnsiyaların 160 manatı keçmədiyini söyləyib: “Əməyin ödənilməsi 30 faizə qaldırılarsa, biz pensiya məbləğini iki dəfəyə qədər artıra bilərik”.
O, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə əlil olanlara çox cüzi müavinət verilməsindən də şikayətlənib: “Gələn il üçün yaşayış minimumu 116 manat, ehtiyac meyarı isə 93 manat müəyyənləşib. Heç olmasa döyüşlərdə sağlamlığını itirənlərin müavinətləri yaşayış minimumu ilə uyğunlaşdırılsın”.


Millət vəkili Azay Quliyev mülki aviasiya işçiləri arasında pensiya təminatı baxımından fərqlər olduğunu söyləyib: “Yəqin ki, AZAL-da işləyənlər həmkarlarıma da şikayət ediblər. Vitse-spiker Ziyafət Əsgərov da o insanlar bizə şikayət edəndə təyyarədə idi. Söhbət pilotlarla kabinə əməkdaşlarının əməkhaqqları arasındakı fərqlərdən gedir”.
O, millət vəkili seçildiyi Əli Bayramlı şəhərinin iki qəsəbəsində bankomat olmadığını qeyd edib: “7 ildir ki, mən bu məsələni qaldırıram, hələ də həllini tapmayıb”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440

Oxşar yazılar