Yağışlar səngiyir
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 13-16 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 11-16, dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Küləkli və yağışlı hava şəraitindən sonra noyabrın 16-17-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1309