Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfər edib
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yenidən zəlzələ bölgəsinə səfər edib. APA-nın məlumatına görə, K. Heydərov zəlzələdən zərər çəkən Zaqatala və Balakən rayonlarının bir neçə kəndində olub, aparılan tikinti işləri ilə maraqlanıb, Balakən rayonunda bəzi obyektlərin açılışında iştirak edib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Ramazanov APA-ya bildirib ki, K. Heydərov rayonun Mamrux və Faldarlı kənd orta məktəblərinin açılışında da iştirak edəcək, həmçinin tikintisi başa çatan mənzillərin təhvil verilməsi mərasiminə qatılacaq.
K. Heydərovun günün ikinci yarısında bölgədə tikinti işlərini həyata keçirən şirkətlərin nümayəndələri ilə müşavirə keçirəcəyi də bildirilir.
Qeyd edək ki, bu il mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən vəsait ayrılıb.

2679