Təhsil Nazirliyi təhsil müəssisəsi rəhbərlərini cəzalandırdı
15 noyabr 2012 11:00 (UTC +04:00)

Təhsil Nazirliyi təhsil müəssisəsi rəhbərlərini cəzalandırdı

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə qarşı müvafiq inzibati tədbirlər görülüb. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qaradağ rayonundakı 274 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması nəticəsində təhsil müəssisəsində idarəetmə sahəsində nöqsanlar aşkarlanıb və məktəb rəhbərliyinə sonuncu xəbərdarlıq edilib. Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması zamanı məktəbin idarə olunmasında yol verdiyi nöqsanlara görə məktəbin direktoru Ramiz Həsənov tutduğu vəzifədən azad olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1519

Oxşar yazılar