Astarada yol polisi reyd keçirib
14 noyabr 2012 21:03 (UTC +04:00)

Astarada yol polisi reyd keçirib

Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları noyabrın 14-də Astara şəhərinin Heydər Əliyev küçəsi və bazarətrafı yolda reyd keçiriblər.

APA-nın Cənub bürosunun məlumatına görə, texniki baxışdan keçməyən, yol hərəkəti qaydalarına əməl etməyən avtomobil sürücülərini aşkarlamaq məqsədi daşıyan reyd axşam saatlarına kimi davam edib. Reyd zamanı avtomaşını texniki baxışdan keçirmədiyi, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə etdiyi, avtomaşına əlavə avadanlıqlar quraşdırdığı, eləcə də polisin “Dayan!” əmrinə tabe olmadığı üçün 100-dək sürücü saxlanılıb. Onlardan 30-u “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə əsasən cəzalandırılıb.

Astara Rayon DYPB-nin baş müfəttişi İlqar Rəhimzadə APA-nın yerli bürosuna bu cür reydlərin mütəmadi xarakter daşıyacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384

Oxşar yazılar