10 yaşlı “Hərbi and” qəzeti
Lent.az-ın məlumatına görə, İctimai Birliyin sədri Emin Həsənli qeyd edib ki, “Hərbi and” qəzeti yarandığı ilk günlərdən səhifələrində vətənpərvərlik hissinin aşılanması istiqamətində yazılara üstünlük verib. Daha sonra general-mayor Dadaş Rzayev çıxış edərək vurğulayıb ki, qəzet keçməkeşli yollardan keçərək, bu günə qədər gəlib, çıxıb.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin qəzetə ünvanladığı təbrik məktubu oxunub və eyni zamanda, qəzetin bir qrup əməkdaşı nazirlik tərəfindən mükafatlandırılıb. Tədbirdə qəzet əməkdaşları Gənclər və İdman Nazirliyi tərəfindən də qiymətləndirilərək, xatirə hədiyyələri ilə təltif ediliblər.
Müdafiə Nazirliyinin baş zabiti İslam Gəncəliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək qəzetin cəmiyyətdə vətənpərvərlik hissinin artırılmasında oynadığı rol haqda danışıblar. Çıxış edənlər “Hərbi and” qəzetinə uğurlar arzulayıblar.
Sonda E. Həsənli İctimai Birlik və qəzetin kollektivi adından tədbir iştirakçılarına bir daha öz təşəkkürünü bildirib.
Anar Məcidzadə

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06