Millət vəkili Qənirə Paşayeva hökumətə səsləndi
0
0
Millət vəkili Qənirə Paşayeva 2013-cü il üçün dövlət büdcəsinin müzakirələrində ipoteka kreditlərinin həcminin çox az olduğunu vurğulayıb. Lent.az xəbər verir ki, millət vəkili ölkəmizin ipoteka kreditlərinin həcmini artırmaq üçün imkanları olduğunu qeyd edib: “Nə qədər gənc ailələrdə mənzil məsələsinə görə problem yaranır. Jurnalistlər orta təbəqə sayılır, ancaq onlar belə ipoteka kreditlərinin alınmasında çətinlik çəkirlər. Bu insanlar heç nə istəmir, sadəcə, dövlətdən müvəqqəti borc istəyirlər. Hökumətin bu məsələyə aydınlıq gətirməsini istəyirəm. Bu gün minlərlə ailə mənzil problemindən əziyyət çəkir, ipoteka kreditlərinin həcminin artmasına və şərtləri yumşaldılmasına böyük ehtiyac var. Nəzərə almalıyıq ki, yüzlərlə ailədə məhz mənzil problemi, ev problemi üzündən ciddi narazılıqlar, gərginliklər, problemlər yaranır. Biz bu ailələrin problemlərinə biganə qala bilmərik və onların səslərini, təkliflərini eşitməliyik. Bunun üçün ölkəmizin kifayət qədər imkanları da var".
Daha sonra millət vəkili təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılmasına ciddi ehtiyac olduğunu deyib.
“2011-ci ilin aprelin 20-də prezident cənab İlham Əliyev sərəncam verib ki, 3 ay müddətində Nazirlər Kabinetində təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı konsepsiya layihəsi hazırlansın. Hökumət üzvlərindən məsələyə aydınlıq gətirməsini istərdik, artıq 1 il yarımdan çox vaxt keçib. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? 2013-cü ildə bu konsepsiya ortaya çıxacaqmı? Bu addım atılsa, təhsil və səhiyyə işçilərinin həyatında ciddi dəyişiklik olar. Bu onların həm əmək haqlarına, həm də statuslarına ciddi təsir göstərər. Bizim hamımızı yetişdirən müəllimlərdir və onların əmək haqlarının artırılmasına və yaşayış səviyyələrinin qalxmasına ciddi ehtiyac var. Mən ümid edirəm ki, 2013-cü ildə bu istiqamətdə addımlar daha da sürətlənəcək”.
Ramiz

Oxşar yazılar

Üç BÜRCÜN bütün problemləri arxada qalacaq: Sürpriz kimlər üçün hazırlanıb?
5 sentyabr 2025 , 00:02Ölümlə həyat arasında gözə görünənlər - DİRİLƏNLƏR DANIŞDI
4 sentyabr 2025 , 20:15
Sentyabrın hər BÜRC üçün uğurlu günləri: sevgi və ya böyük pul nə vaxt gələcək
4 sentyabr 2025 , 18:39
Varlıların uşaqları daha yaxşı oxuyur – SƏBƏBLƏR
4 sentyabr 2025 , 17:25
Sumqayıtda qaz kəsiləcək
4 sentyabr 2025 , 17:17
“Tanrının möhürü” və ya “qismət damğası” - Xallar nədən xəbər verir? - ARAŞDIRMA
4 sentyabr 2025 , 17:10
Müəllimlər geyimlərinə fikir versinlər - DEPUTATDAN ÇAĞIRIŞ
4 sentyabr 2025 , 16:11