“Total E & P Azərbaycan” şirkətinin rəsmiləri Bakı Ali Neft Məktəbində olublar
Noyabrın 14-də “Total E & P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli və Əməkdaşlıq Xidmətləri üzrə Əlaqələndiricisi Rasim Axundov Bakı Ali Neft Məktəbində olub, burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb və Şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, Bakı Ali Neft Məktəbinin prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd edib: “Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-in Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazırlamaqdır”
Görüş çərçivəsində “Total E & P Azərbaycan” şirkəti və Bakı Ali Neft Məktəbi arasında, Fransanın məşhur İFP Ali Məktəbi ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması sahəsində, Total Şirkətində fəaliyyət göstərən “Profesionallar Assosiasiyasının” əməkdaşlarının BANM tələbələri qarşısında mühazirələrlə çıxış etmələri və bir sıra məsələlər haqqında razılıq əldə olunub.

752