Şeyx: “Həmcins insanların bir yerdə yaşaması qəbulolunmazdır”
14 noyabr 2012 11:46 (UTC +04:00)

Şeyx: “Həmcins insanların bir yerdə yaşaması qəbulolunmazdır”

APA-nın məlumatına görə, bunu “Dini və etiqad azadlığı: Hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən Respublika konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, Azərbaycan bütün dini etiqad və azadlıqlara hörmətlə yanaşır. Amma heç kim dini siyasi məqsədlər üçün istifadə etməməlidir: “Din-dövlət münasibətləri qanunlarla tənzimlənməli və hamı da buna əməl etməlidir”.

Şeyxülislam əlavə edib ki, hansısa xarici ölkənin yanaşması, qanunları və mühiti ilə dini azadlığı müəyyənləşdirə bilmərik: “Bəzilərinin həmcins insanların bir yerdə yaşamasını təlqin etməsi bizim üçün qəbulolunmaz olduğu halda, kimlərsə bunu zəruri hesab edir. Biz bu cür məsələləri necə qəbul edək? Bu, bizim üçün vicdan azadlığının məhdudlaşdırılmasıdır. Mən həmişə xarici ölkə rəsmləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə onlara bunu anlatmağa çalışıram. Azərbaycanda dinin inkişafı, maariflənməsi sahəsində çox böyük işlər görülür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2086

Oxşar yazılar