Ali məktəblərdə xarici dillərin tədrisindəki problemlər müzakirə olunub
2013 – 2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər.
Seminar iclasında iştirakçılar statistik göstəricilər əsasında hazırlanmış 2012-ci ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində istifadə olunmuş müxtəlif xarici dillər üzrə test tapşırıqlarının müqayisəli elmi metodiki təhlili ilə tanış olublar.
Seminar iştirakçıları ali təhsil müəssisələrində xarici dillərin tədrisinin vəziyyəti və bu sahədə mövcud olan problemlər haqqında fikir və mülahizələrini bildiriblər.

762