Sumqayıtın su təchizatı yaxşılaşdırılır
13 noyabr 2012 16:52 (UTC +04:00)

Sumqayıtın su təchizatı yaxşılaşdırılır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalini içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərində təmir-bərpa, əsaslı yenidənqurma işləri aparılır.

Cari ilin yanvar-oktyabr aylarında Sumqayıt şəhərində müxtəlif diametrli borularla 6,7 km uzunluğunda yeni şəbəkədaxili su xətti çəkilib, uzun müddət istismarda olan 8,5 km uzunluğunda su xətləri isə yeniləri ilə əvəzlənib. Şəhər əhalisini dayanıqlı içməli su ilə təmin etmək məqsədi ilə “Sumqayıt Sukanal” İdarəsi tərəfindən 121 ədəd siyirtmə yenisi ilə əvəzlənib, 720 nasos təmir edilib. Ötən müddətdə Sumqayıt şəhərində əhali və qeyri-əhali abunəçiləri üzrə 7 mindən çox su sayğacı quraşdırılıb.

Qeyd edək ki, “Sumqayıt Sukanal” İdarəsi Sumqayıt şəhəri, H.Z.Tağıyev və Corat qəsəbələri üzrə 81 mindən çox abunəçiyə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar