Abel Məhərrəmov: “BDU sərhədlərini möhkəm qoruyur…”
Bu ayın sonları, gələn ayın əvvəlində Bakı Dövlət Universitetinin yataqxanalarındakı qaçqın və məcburi köçkünlər köçürüləcək.
Lent.az-ın verdiyi məlumata görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov söyləyib.
Abel Məhərrəmov bildirib ki, yataqxanalarda 1000 qaçqın və məcburi köçkün ailəsi, təxminən 6-7 min nəfər məskunlaşıb. Bu ailələr Bakı ətrafına, Pirküşküldə tikilən binalara köçürüləcəklər. O, bu yataqxanaların söküləcəyini, yerində 5 min tələbə üçün nəzərdə tutulan yeni yataqxana kompleksinin tikiləcəyini nəzərə çatdırıb: “Bununla bağlı layihəmiz artıq Nazirlər Kabineti və Maliyyə Nazirliyinə təqdim olunub”.
Abel Məhərrəmov BDU-nun yataqxanalarının söküləcəyi ərazilərə iş adamlarının tamah salıb, əldə keçirməyə cəhd göstərə biləcəyi yönündə təhlükə olmadığını da vurğulayıb: “BDU belə cəhdləri çoxdan dəf edib. Biz sərhədlərimizi möhkəm qoruyuruq”.
Ramiz

1115