Səhiyyə Nazirliyi xəstələrə təlim keçir
13 noyabr 2012 11:12 (UTC +04:00)

Səhiyyə Nazirliyi xəstələrə təlim keçir

Səhiyyə Nazirliyinin diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində İSİM-də fəaliyyət göstərən Diabet Mərkəzində noyabrın 12-dən etibarən şəkərli diabet xəstələri üçün təlimlərə start verilib.

Qeyd edək ki, noyabrın 19-dan 21-dək risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808

Oxşar yazılar