TQDK 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyini müzakirəyə çıxardı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ibtidai sinif müəllimlərinin elmi-metodiki seminarı keçirilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminarda tam orta məktəblərin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi və müəllimlər üçün elmi-metodiki vəsait müzakirə olunub.
Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ibtidai sinif müəllimləri, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifi Rafiq İsmayılov və AMİ-nun dosenti Vaqif Qurbanov iştirak ediblər. Müzakirələrdə TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin ibtidai sinif müəllimləri də iştirak etmiş və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.
Növbəti seminar iclasında tam orta məktəblərin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyinin və müəllimlər üçün elmi-metodiki vəsaitin müzakirəsi davam etdiriləcək.

1796