Dərslik bəlası: gələcəyin altını qazmaq necə olur... - ARAŞDIRMA
I Yazı
"Məktəb tikmək olar, indi Azərbaycan dövlətinin imkanı genişdir. Ancaq əsas odur ki, gözəl şəraitlə bərabər tədris prosesi də müasir səviyyədə olsun, ən mütərəqqi texnologiyalar tətbiq edilsin, uşaqlar bilikli, savadlı olsunlar, gələcəkdə həyatda öz yerlərini tapa bilsinlər".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bu hadisə qədimlərdə baş verib. Deyirlər, ölüm ayağında olan bir həkimin həkim oğlu atasının ondan narahat qalmaması üçün illər uzunu birdəfəlik sağalması mümkünsüz bilinən xəstəlikdən insanları müalicə elədiyini söyləyir. Xəbərdən sevinmək əvəzinə sarsılan ata oğluna deyir: «Mən səni ağıllı bilirdim, belə deyilmiş. Sənin tapdığın əlacı illər əvvəl mən də tapmışdım. Ancaq heç kimi müalicə eləmədim. Əgər kimisə sağaltsaydım, həmin xəstəlik illər uzunu mənim gəlir mənbəyimə çevrilməzdi. Sən bu əlacı yaymaqla, insanları xəstəlikdən birdəfəlik qurtarmaqla böyük var-dövlət sahibi olmaqdan imtina elədin».
Bilmirəm, nədənsə problemlə bağlı materialları yığdıqca, tanış olduqca ağlıma ilk gələn bu rəvayət oldu. Axı, bir millətin gələcəyinin onun övladlarının elmi, ələlxüsus ibtidai təhsili, kitabıyla necə bağlı olması həqiqətini dərk eləmək elə də müşkül məsələ deyil. Bu baxımdan xalqın övladlarını təhsilə, elmə aparan kitablar üzərində para tamahlı gəzişmələr eləmək insanların həyatları, naxoşluqları bahasına var-dövlət yığmalarından çox-çox qorxuludur. Tam təsadüfdən əlimə düşmüş bir dərslikdə diqqətimi çəkən yanlışlıq əcnəbi cizgi filmlərinin personajlarına bənzərlərlə dolu olan kitabı başdan-ayağa vərəqləməyimə, ardından Lent.az-ın dəyərli oxucuları üçün bir araşdırma yapmağıma səbəb oldu. Mənə yardımçı olan saytın əməkdaşı Anar Məcidzadənin müxtəlif ünvanlardan, ekspertlərdən, təhsilimizin rəsmi və qeyri-rəsmi simalarından öyrəndiyi rəylərin də yer aldığı araşdırmamız gözlədiyimdən geniş alınsa da, bəri başdan deyim ki, qarşısına iri «SOS» işarəsi qoyula biləcək məqamlardan özüm belə narahat oldum. Bəli, söhbət orta məktəb dərsliklərindən gedir. Yazıya səbəb olmuş 1-ci siniflər üçün "Azərbaycan dili" dərsliyindəki yanlışlıqdan başlanan araşdırmanın gedişində başqa dərsliklərlə bağlı daha xoşagəlməz faktlar ortaya çıxdı. Çünki sorğu göndərdiyimiz mütəxəssislər digər dərsliklər barədə bəndənizə əlavə o qədər həm gülməli (nə qədər ağır olsa da, başqa cür ifadə eləyə bilmədim – İ.Tumas), gülməli olduğu üçün də ağlamalı nümunələr verdilər ki, araşdırmaya başqa ad tapa bilmədim… Həqiqətən cinayətdir… Dərslik cinayəti…
Keyfiyyətə xidmət eləyəsi keyfiyyətsiz tender...
"Təhsilin məzmununda aparılan islahatlar və dünya təcrübəsi göstərir ki, dərsliklər yeni, daha səmərəli məzmun və forma tələb edir. Məhz bu istiqamətdə atılan addımların özəyini təşkil edən yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin tətbiqinə başlanılıb. Müvafiq dərslik komplektləri nəşriyyatların seçdiyi müəllif qrupları ilə birlikdə hazırlanır və tender komissiyasına təqdim olunur. Dərslik komplektlərinin qiymətləndirilməsi 2 mərhələdə aparılıb və nəticələr Təhsil Nazirliyinin təsdiq etdiyi “Dərslikləri Qiymətləndirmə Meyarları” əsasında bal sistemi ilə dəyərləndirilir".
Təhsil Nazirliyinin saytından götürdüyüm bu cümlələrdə dərslik siyasətinin bu cür anlaşılan və qərəzsiz şəkildə yürüdüldüyü təsəvvürü yaransa da, son illər mövcud sahədə qüsurların azalmaq əvəzinə, artması nəyinsə yerində olmadığının sübutudur. Əslində, dərsliklərdə həmişə problem olub, yenə var və belə gedişlə, deyəsən, bundan sonra da olacaq. Azacıq qabağa gedərək "gözaydınlığı" verim ki, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri, həm də Nazirliyin Tender Komissiyasının sədri Faiq Şahbazlı müxbirimizə açıqlamasında bu barədə çox səmimi etirafda bulunub. Bu məsələyə daha sonra yenə qayıdacağıq, sadəcə yeri gəldi deyə bildirim ki, hörmətli Şahbazlının "təbii ki, dərsliklərimizdə müəyyən problemlər var, həmişə də olacaq" fikrini səmimiyyətin və ədalətin əlaməti kimi qəbul edirəm. Ancaq təsdiq halda deyilmiş bu fikrin sərtliyini azacıq yumşaldıb, düşünürəm: axı dərsliklərimizdə nəyə görə müəyyən problemlər olub, var, hətta olacaq? Axı prinsipcə və sağlam məntiqlə, həmçinin nazirlik rəsmilərinin açıqlamalarına görə ildən-ilə təkmilləşən təhsil sistemi, ildən-ilə təcrübəsi artan ekspertlər, müəlliflər, keçirilən kurikulumlar, dərsliklərin hazırlanmasında istifadə olunduğu deyilən xarici təcrübələr, Dərslikləri Qiymətləndirmə Şurasının əla fəaliyyəti barədə bəyanatlar və sair və ilaxırlar "dərsliklərimizdə müəyyən problemlər var və olacaq" mövqeyi ilə üst-üstə düşmür. Yenə təkrar eləməyə məcburam: deməli, ortada ciddi əngəllər var ki, "problemlər yenə olacaq". Məsələn, 2008-ci ildən sonra Təhsil Nazirliyinin dərsliklərlə bağlı keçirdiyi tender 2 mərhələli sistemə keçid aldı və nazirliyin rəsmi hesabatında bu keçidin "keyfiyyətə" xidmət elədiyi bəyan olundu. Ancaq maraqlıdı ki, birinci mərhələsi keyfiyyət, ikinci mərhələsi isə qiymətlə bağlı olan başıbəlalı "iki mərhələli tender"dən sonra dərsliklərin keyfiyyəti yüksəlmədi ki, azaldı. Niyə belə oldu görəsən? Bu ilin iyul ayında baş verən olay "niyə belə oldu"ya ən doğru cavabdır...
Özüm-özümə "hə" deyirəm...
Bu ilin iyul ayında Azərbaycan Təhsil Nazirliyi maraqlı, maraqlı olduğu qədər də absurd bir əmələ imza atdı. Nazirliyin Tender Komissiyasının 2012-2013-cü il tədris ilinə I, V siniflər üçün dərsliklərin hazırlanması və çapıyla bağlı elan elədiyi tender Respublika Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən ləğv olunsa da, tenderin nəticələri saxlandı, üstəlik elə həmin aydaca həyata keçirildi. Tenderin nəticələrinin saxlanmasının səbəbi və bu nəticələrin hansı fəsadlara yol açdığına gəlməzdən əvvəl deməliyik ki, əslində ortada çox ciddi qanun pozuntuları vardı. Tenderdə iştirak eləyən iddiaçıların Satınalmalar üzrə Dövlət Agentliyinə müraciətindən sonra məsələni araşdıran qurum aşkara çıxarıb ki, Təhsil Nazirliyinin Tender Komissiyasının sədri - Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı 2004-cü ildən 2011-ci ilə kimi "Altun Kitab" nəşriyyatı ilə əməkdaşlıq eləyib, bu nəşriyyatın 5-ci siniflər üçün hazırladığı "Azərbaycan dili" dərsliyinin müəlliflərindən biri olub. Doğrudan da, qanun yaxşı şeydi. Dövlət Satınalmalar Qanununun Preambula hissəsində yazılıb ki, "bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir".
"Dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə, bərabər rəqabət, aşkarlıq" kimi prinsipləri hələlik təhsilimizin nazirliyinin ümidinə buraxıb Qanunun 13-cü maddəsini olduğu kimi yada salaq. "Dövlət satınalmalarında maraqların ziddiyyəti" adlı 13-cü maddədən oxuyuruq:
"13.1. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
13.2. Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədər digər vəzifələrin icraçısı ola bilməzlər:
13.2.1. satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;
13.2.2. satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar".
Göründüyü kimi Qanunun 13.2, 13.2.2 bölmələrində satınalma prosedurlarından əvvəlki 3 il ərzində satınalmada iştirak eləyən, iddiaçının əməkdaşı, ya da vəzifəli şəxsi olanlar, kobud desək, alış-veriş zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi, satınalmalarla əlaqədar digər vəzifələrin icraçısının olmasının qanunsuzluğu açıq-aydın göstərilib. Di gəl, Qanun maddələrinin dürüstlüyündən çıxıb real həyata, daha doğrusu, Təhsil Nazirliyinin dərslik siyasətinə qayıdanda Azərbaycan Respublikasının məlum Qanununun çox ciddi şəkildə pozulduğunun şahidi oluruq. Xatırladaq ki, hörmətli Faiq müəllim 2004-cü ildən 2012-ci ilə kimi Təhsil Nazirliyinin Tender Komissiyasının üzvü, 2012-ci ildən isə bu Komissiyanın sədri olub. Müəllimin üzvlüklə yanaşı 5-ci sinif üçün "Altun Kitab" Nəşriyyatında çap olunan "Azərbaycan dili", "Bizim Kitab" Nəşriyyatında işıq üzü görən 3-cü sinif "Riyaziyyat" dərsliklərinin həmmüəllifi olması təbii ki, qanun pozuntusuydu. Bu yerdə isə qanun o vaxt pozulur ki, ortada ciddi fərdi maraqlar durur. Axı, cənab Şahbazlı tenderdə iddiaçı kimi iştirak eləyən "Altun Kitab"ın direktoru Rafiq İsmayılovun, "Bizim Kitab" Nəşriyyatının rəhbəri olmaqla yanaşı, həm də adıçəkilən dərsliyin müəllifi olan Nayma Qəhrəmanovanın iddiasını nəyə görə başqa birilərinin iddiaları ilə müqayisə eləməlidi? Təbii ki, komissiya görəvlisi özünün də müəllifi olduğu kitaba "hə" deməliydi... Beləcə, hər şey gözlənildiyi kimi olur, dərsliklərə "hə" deyilir, məlum nəşriyyatların təklif elədikləri dərsliklər tenderdə qalib gəlir.
Haşiyə:
Yeri gəlmişkən, acı təəssüflə onu da qeyd eləyək ki, nə sirri-xudadısa, son illər Təhsil Nazirliyinin tenderlərini qazanan bir sıra nəşriyyatlar, el diliynən desək, "bir həsir, bir Məmmədnəsir"di... Yəni, qaydaya görə, tenderdə qalib gələn nəşriyyat boyun olduğu çap məhsulunun 50 faizini özü hazırlamalıdı. Di gəl, yaxşı müəllif qrupunun əlindən çıxmış dərsliklər hazırlamaq iqtidarında olan iri nəşriyyatlar kənarda qalır, əvəzinə 3-5 nəfər işçisiylə texniki bazası olmayan "nəşriyyatcıqlar" meydan sulayır. Elə ona görə də, belə nəşriyyatlar dərslik çapında mühüm amil olan yaxşı müəllif axtarışı, tapıntısı işiylə məşğul olmur, məsələn, filoloq riyaziyyat kitabı, mühəndis "Azərbaycan dili" dərsliyi yazır, bir gün pedaqoji fəaliyyətdə bulunmayan yoldaşlar orta məktəbə ilk addımlarını atan balacalara, sözün pis tərəfindən "dərs" verirlər...
Tenderdə korrupsiya qoxusu...
... Beləcə, bundan sonra artıq yuxarıda xatırlatdığımız olay baş verir: Respublika Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət olunur, qurum məsələni araşdırır, tender ləğv olunur. Ancaq tender qanun əsasında ləğv olunsa da, az keçməmiş ləğv olunmuş bu tenderin nəticələrinin reallaşmasına başlanılır, qanundan kənar yollarla elan olunmuş dərsliklər çap edilir, şagirdlərin ixtiyarına verilir. Haşiyə kimi qeyd edək ki, dərsliklər çap olunsa da, qanun yenə qanunluğunda qalır, tender zamanı yol verilmiş pozuntuların araşdırılması məqsədiylə materiallar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilir... Yəqin ki, bu məsələlərdən "Azpoliqraf" nəşriyyatının direktoru Tural Axundov da agahdı. Müxbirimizin tenderlə bağlı sualına cavab verən Tural müəllim bildirib ki, tenderin keçirilməsindən və onun nəticələrindən məmnundur: "Dərsliklərlə bağlı keçirilən tenderlər ədalətli şəkildə keçirilib. Yaxşı dərsliklər bal qazanıb, tenderdən keçib. Bizim də tenderdə qalib gələn dərsliklərimiz olub”. Belə xeyli könülaçan açıqlamadan sonra dərsliklərlə bağlı keçirilən tenderin ləğvi haqqında sualı isə Tural müəllim eynilə belə cavablandırır: “Yaxşı olar ki, bu sualınızı Təhsil Nazirliyinin müvafiq şöbəsinə ünvanlayasınız". Nəşriyyat direktorunun bu cavabıyla yüzdəyüz razıyam. Həqiqətən, hər məsələdə hər kəsin öz məsuliyyəti var axı... Ünvan bəllidi, təbii ki, ünvanlanacaq...
Eyni mövqeni "XXI əsr" Yeni Nəşriyyat Evinin direktoru Hafiz Hüseynov da açıqladı. Belə ki, Hafiz müəllim bütün tenderlərdə iştirak elədiklərini, nəticələrdən də razı qaldıqlarını söylədi. Nəşriyyat direktoru bildirdi ki, tenderdə hansı nəşriyyatın dərslikləri yüksək bal toplayıbsa, o nəşriyyat da qalib olub. Direktorun araşdırmamızın ikinci hissəsində geniş şəkildə bəhs eləyəcəyimiz dərsliklərdə plagiatla bağlı mövqeyinə sonra gələcəyimizdən deyək ki, “Letterpress” nəşriyyatının direktoru Cabir Əsədov isə Təhsil Nazirliyinin keçirilən tenderləri qeyri-obyektiv hesab edir: “Tenderlərdə iştirak etmişik, amma narazı qalmışıq. Çünki həmin tenderlər obyektiv şəkildə keçirilməyib”.
Eyni mövqeni "Çaşıoğlu" Nəşriyyatının direktoru Eldar Əliyev də bölüşür. Eldar Əliyev də Təhsil Nazirliyinin keçirdiyi tenderləri qeyri-obyektiv hesab edir. Onun sözlərinə görə, keçirilən tenderlərdə çoxlu sayda qanun pozuntularına rast gəlinib: “Dərsliklərin çapı ilə bağlı keçirilən tenderlər bizi qane etmir. Hətta bununla bağlı nəşriyyat olaraq iradımızı bildirdik. Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət etdik ki, məsələni araşdırsınlar. Onlar araşdırmalar apardı və məlum oldu ki, tender qeyri-obyektiv keçirilib. Tender ləğv olundu, ancaq qanunsuz olaraq ləğv olunmuş tenderin nəticələri saxlanıldı".
Bu məqamda artıq yeri gəldi... Bu nə tender olub ki, özü ləğv olunsa da, nəticələri saxlanılıb?
Qanunsuz tenderin "qanuni" nəticələri...
...İmanımı yandıra bilmərəm, orda olmamışam, nəşriyyat direktorlarından biri deyir ki, qərarın açıqlandığı iclasda nazirliyin Aparat rəhbəri İlham Pirməmmədov söyləyib: “Yaxşı insanlar sağ olsun, bizə yardım etdilər, kitablar çap olundu”. Latınlar deyib ki, "non regula sine exceptione!" Yəni, istisnasız qanun yoxdur! Bu baxımdan, əlbəttə, bütün xoşməramlı insanlar kimi mən də nazirliyi mövqeyini, qanunsuz tenderin nəticəsinin ləğv olunmamasını və dərsliklərin tələsik çap olunmasını təhsilimizə olan qayğının təzahürü kimi qəbul eləməyə hazır olardım. Doğrudan da, dərs ilinin başlanmasına az müddət qalmasının, dərslik komplektlərinin nəşr edilməsinin dövlət əhəmiyyətli mühüm tədbir olduğunun nəzərə alınmasının nəyi pisdir ki? Bəs balalar bu tədris ilində hansı dərsliklərdən savad qazanardılar? Axı, təhsilimizin başbilənləri onlara bütün göstəricilərə cavab verən, məzmunlu, qüsursuz, əla tərtibatlı dərsliklər verməlidirlər ki, gələcəkdə layiqli Azərbaycan vətəndaşları kimi yetişsinlər... Heyf... Məsələlərin mayası başdan necə qoyulubsa, o cür də davam eləyir. Meydana çıxan dərsliklər nəinki balaları, onlara dərs verən müəllimləri, savadlı övlad görmək istəyən valideynləri, heç ekspertləri, təhsil sahəsində tanınmış simaları da razı salmır. Məlum olur ki, qanunsuz tenderin qanunsuz nəticələri sayəsində işıq üzü görən dərsliklər ürəyimizin istəmədiyi qədər kobud səhvlər, qüsurlar, plagiat faktları, hətta savadsızlıqla doluymuş. Araşdırmamızda əsas götürülən "Altun Kitab" Nəşriyyatında çap olunmuş 1-ci sinif "Azərbaycan dili" və "Radius" Nəşriyyatının məhsulu olan 1-ci siniflər üçün "Riyaziyyat" dərsliklərində rast gəldiyimiz ciddi qüsurlar elə birinci növbədə Təhsil Nazirliyinin 30.03.2012-ci il tarixli 517 saylı əmriylə təsdiq olunmuş Dərsliklərin qiymətləndirilməsi meyarları ilə daban-dabana ziddiyyət təşkil edir. Məsələn, dərsliklərin qiymətləndirilməsi meyarları sırasında tapşırıq və çalışmalarda yaradıcılıq, rəngarənglik, yaş səviyyəsinə uyğunluq gözlənilməli, rəsm və illüstrasiyalar mətnə uyğunluqla yanaşı orijinal olmalı, təlim materiallarında və faktlarda elmilik, dəqiqlik, etibarlılıq gözlənilməlidir. Ancaq elə yalnız adıçəkilən dərslikləri gözdən keçirmək kifayət eləyir ki, bu kimi meyarların kobud şəkildə pozulduğunun şahidi olasan. Belə qüsurlardan əlavə "Altun Kitab"ın çap etdiyi "Azərbaycan dili" dərsliyində uşaqları "düşündürən" elə "dərin" mətnlərə rast gəldim ki, söyləməklə başa gəlməz. Bircəciyini olduğu kimi təqdim edim, bu "dərinlikdən" siz də xeyli "zövq" alın...
"Bir gün Əhməd düşündü. Qurbağa..., xoruz... . Bəs görəsən balıq necə səs çıxarır? Bu zaman anası mətbəxtdə balıq qızardırdı. Əhməd birdən qışqırdı:
- Bildim, balıq da tavada cızıldayır"...
Bax belə... Nəysə, bu artıq başqa bəladır ki, "giriftar olmayan bilməz"... Növbəti yazıda bu bəladan həm bəndənizin, həm də mütəxəssislərin nələr çəkdiyindən xəbəriniz olacaq...
İlham Tumas
[email protected]
Anar Məcidzadə

3121