Qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 11-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 11-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 13-dən 15-dək Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlüyü, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

8588