Buludlu hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, noyabrın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15, gündüz 16-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 9-da Abşeron yarımadasında xəzridən sonra oksigenlə zəngin havanın üstünlüyü və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 10-da atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfor hissi yarada bilər.

853