7 nəşr “qara siyahı”-ya düşdü
Bu gün Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov İdarə Heyətinin üzvlərini müzakirəsi tövsiyə olunan məsələlərlə tanış edib və gündəlik yekdilliklə təsdiqlənib. Ötən bir ay ərzində həyata keçirilmiş işlər barədə məlumat verən Əflatun Amaşov bildirib ki, Avropa Mətbuat Şuraları Alyansının Belçikanın Antverpen şəhərində baş tutmuş illik toplantısına qatılıb. Bununla yanaşı, Mətbuat Şurası ATƏT-lə birgə jurnalist-hakimiyyət əlaqələri ilə bağlı təşəbbüs də irəli sürüb. Həmin təşəbbüsə uyğun olaraq jurnalist-polis və jurnalist-mətbuat xidməti əlaqələrinə dair iki seminar məşğələ keçiriləcək. Şura sədri həmçinin rəhbərlik etdiyi qurumun prosedur fəaliyyət istiqamətlərinin müxtəlif tərəflərindən də söhbət açıb.
İclasda öncə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Prosedur qaydalara müvafiq olaraq əvvəlcə həmin KİV-lərin baş redaktorları dinlənilib, onlara mətbu qurum və nəşrlərin fəaliyyət istiqamətləri barədə suallar verilib. Müzakirələrdən sonra Azər Həsrətin sədri olduğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN), Astara (baş redaktor Azər Abdullayev), Qobustan (baş redaktor Lalə Maxsudova) rayonlarının eyni adlı qəzetlərinin, “Türk ağsaqqalları dünyası” qəzetinin (baş redaktor Ramin Əhmədov) və “İrfan” jurnalının (redaktoru Nurlan Məmmədzadə) Mətbuat Şurası üzvlüyü qəbulu barədə qərarlar çıxarılıb.
Sonra Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəylərinin əsasında Mətbuat Şurasının qərarları qəbul olunub. Məlumat verilib ki, hər iki komissiyadan araşdırılan müraciətlər əsasında təqdim olunan rəylərin ümumi sayı 14-dür. Bunlardan 5-i Şikayətlər üzrə Komissiya, 9-u isə digər komissiya tərəfindən İH-yə təqdim edilib. İdarə Heyəti üzvləri sənədləri və rəyləri araşdıraraq 6 qəzetin adının “qara siyahı”ya salınmasına tam əsasların olduğu razılığına gəliblər. Bunlar “Ədalət tribunası”, “Təzə xəbər”, “Seans”, “Əsrin kirpiləri”, Həqiqətin güzgüsü” və “Azərbaycan ideyası” qəzetləridir. “Obyektiv fikir” qəzetinin də adı Mətbuat Şurasının sonuncu xəbərdarlığı edilməklə “qara siyahı”ya salınıb.
“Korrupsiya və qanun” qəzeti ilə bağlı məsələnin müzakirəsi mətbu nəşrə Mətbuat Şurasının xəbərdarlığının edilməsi ilə yekunlaşıb. İdarə Heyəti “Yeni istiqlal” qəzetinin fəaliyyətində hüquqi müstəvidə araşdırılmalı olan məqamların üstünlük təşkil etdiyini əsas götürərək mətbu nəşrlə əlaqədar sənədlərin araşdırılmaq üçün müvafiq orqanlara göndərilməsini məqsədə müvafiq sayıb.

1323