Ayda 84,8 manatlıq ərzaq almışıq
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 14,0 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb.
Satılmış ərzaq məhsullarının həcmi 1,9 faiz artaraq 7,8 milyard manata, qeyri-ərzaq mallarının həcmi 20,5 faiz artaraq 6,2 milyard manata bərabər olub. 2011-ci ilin on ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,8 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,2 faiz təşkil edib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları alıb.

2047