Nazirlik 22 min 700 manatlıq cərimə tətbiq edib
08 noyabr 2012 11:26 (UTC +04:00)

Nazirlik 22 min 700 manatlıq cərimə tətbiq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 15-31 oktyabrda ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 21 iş üzrə 22700 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 2662.79 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 173 iş üzrə 22215.4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, icra qruplarına 10, məhkəmələrə isə 3 iş göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar